16 
Yan
2017
14:25
110
17
7143
Virtual karabakh

Beynəlxalq Bankın 5 filialı ilə bağlı cinayət işi açıldı

16 Yan, 2017
14:25
7143

Beynəlxalq Bankın 5 filialı ilə bağlı cinayət işi açıldı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Beynəlxalq Bankın 5 filialı ilə bağlı cinayət işi başlanılıb.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, bunu Azərbaycan Baş prokurorun müavini - Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev keçirdiyi mətbuat konfransında deyib.

Baş prokurorun müavini qeyd edib ki, həmin filiallar Qazax, Şəki və digərləridir.

O bildirib ki, ötən il ən çox şikayət bank sektoru ilə bağlı olub:

“Banklarla bağlı 52 cinayət işi istintaq olunub, məhkəməyə göndərilib. Sığorta şirkətlərinin rəhbərləri ilə bağlı 5 cinayət işinin istintaqı aparılıb”.

K.Əliyev qeyd edib ki, ötən il valyuta mübadiləsi qaydalarının pozulması ilə bağlı 2 cinayət işinin istintaqı yekunlaşıb.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri