19 
Yan
2017
17:48
32
166
3781
Virtual karabakh

Bakıda qadın jurnalistin oğlu bıçaqlanıb

19 Yan, 2017
17:48
3781

Bakıda qadın jurnalistin oğlu bıçaqlanıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ötən gün saat 17 radələrində Bakının Sabunçu rayonu Bakıxanov qəsəbəsində bıçaqlanma hadisəsi olub.

Oxu.Az SalamNews-a istinadən xəbər verir ki, bıçaq xəsarəti almış 1985-ci il təvəllüdlü Səfərov Tural Mirzəbala oğlu təcili tibbi yardım maşını ilə 3 nömrəli xəstəxanaya gətirilib. 

Yaralının vəziyyəti orta-ağır hesab olunur.

Hadisənin hansı səbəbdən baş verməsi, hələ ki, məlum deyil.

Qeyd edək ki, Tural Səfərov Səbail rayonu Böyük Salyan şosesi ev 22, mənzil 119-da yaşayan “Bakı-xəbər” qəzetinin baş redaktorunun müavini, jurnalist Samirə Səfərovanın oğludur.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri