19 
Yan
2017
18:33
32
132
4033
Virtual karabakh

Rusiyada qətldə ittiham olunan azərbaycanlı ev dustağı oldu – VİDEO

19 Yan, 2017
18:33
4033

Rusiyada qətldə ittiham olunan azərbaycanlı ev dustağı oldu – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Yanvarın 18-də Voronejin Sovetski rayon məhkəməsi “Lesnaya skazka” kafesində törədilən qəddar qətlə dair işi prokurora qaytarıb. 

Müttəhim Amil Qənbərova qarşı isə ağır maddəyə və əvvəllər məhkumluğuna baxmayaraq, ev dustağı tədbiri seçilib. 

Oxu.Az “Voronej” informasiya agentliyinə istinadən xəbər verir ki, cinayət 2015-ci ilin dekabrın 10-da Patriotı prospektində yerləşən “Lesnaya skazka” kafesində baş verib. Hadisənin qurbanı Kamran Məmmədli olub. 

Məhkəmənin qərarına dair jurnalistlərə qətlə yetirilən Kamran Məmmədlinin qardaşı Ramin bildirib. Doğmalarının sözlərinə görə, işin geri qaytarılmasına Kamran və ailə üzvlərinin soyadında fərq olub. Onun atası və qardaşı Məmmədli deyil, Məmmədov soyadı daşıyırlar. İndiyə görə soyadın fərqli yazılışı niyə sual doğurmadığı və məhkəmə işinin başa çatmasına niyə maneçilik törətdiyi məlum deyil. 

“Qardaşımın qatilinin məhkəmə tərəfindən buraxıldığını eşitdikdə şok olduq. O, dəfələrlə narkotik vasitələrə görə məhkum olub. İndi isə ev dustağı cəzasına görə gizlənə bilər. İnsanı öldürəni necə azadlığa buraxmaq olar? Qardaşımın meyitini görəndə bunu insanın yox, yalnız heyvanın edə biləcəyini düşündüm. Qardaşıma atəş açıblar, bıçaq zərbəsi vurublar, başını əziblər. Biz əminik ki, onu bir adam öldürməyib. Bizə nə istintaq, nə də məhkəmə zamanı qulaq asan olmadı, indi isə günahı boynuna alan adamı da azadlığa buraxdılar”, - “Voronej” agentliyinin jurnalistinə Ramin Məmmədov danışıb. 

Raminin sözlərinə görə, kafedə quraşdırılmış müşahidə kameralarının yazısını aldıqdan sonra “dünya başına fırlanıb”. Qətlə yetirilənin qohumları kadrlarda yaralı Kamranın kafedən iki nəfərin Qənbərovun əmisinin və dostunun necə itələyərək çıxardığını görüblər. Onların vurduğu zərbələrdən sonra isə Amil Qurbanov sistem bloku ilə Kamranın başına zərbə endirib. 

Rusiyanın İstintaq Komissiyasının istintaq idarəsində zərərçəkənin bir nəfər tərəfindən öldürüldüyündən əmindirlər. Müstəntiqlər işin bütün təfərrüatlarını, toplanmış dəlilləri və ekspertiza nəticələrini öyrəndikdən sonra bu nəticəyə gəliblər. 

“Cinayətin törədildiyi zaman kafedə zərərçəkənin, müttəhimin və iki kişinin olduğu müəyənləşdirilib, istintaq tərəfindən qətli məhz müttəhimin törətdiyinə dair yetrincə dəlil toplanıb, zərəçəkən məhz onun zərbəsindən ölüb. Cinayətin digər iştirakçılarının törətdikləri əməllər hüquqi qiymətləndirilib”, - bu barədə jurnalistlərə Rusiya İstintaq Komisiyasının istintaq idarəsinin rəhbərinin köməkçisi Yelena Manukovskaya bildirib. 

N.O.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri