20 
Yan
2017
11:57
233
75
6039
Virtual karabakh

Paytaxtda qumarxana aşkarlanıb, saxlanılanlar var

20 Yan, 2017
11:57
6039

Paytaxtda qumarxana aşkarlanıb, saxlanılanlar var

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakının Suraxanı rayonunda qumarxana aşkarlanıb.

Oxu.Az Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşları tərəfindən Bakı şəhər sakinləri Kamil Mürsəliyevin və Samir Vəliyevin Suraxanı rayonunun Qaraçuxur qəsəbəsi ərazisində icarə əsasında işlətdikləri çay evində “poker” kart-qumar oyunları təşkil etmələri müəyyən edilib.

Həyata keçirilən əməliyyat tədbirləri ilə ora baxış zamanı “poker” oyun kartları və pul vəsaitləri maddi sübut kimi aşkar edilərək götürülüb, K.Mürsəliyev və S.Vəliyev saxlanılıblar.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri