21 
Yan
2017
13:09
86
71
3185
Virtual karabakh

Hindistan sakini qardaşının cinayətinə görə həbsxanada 10 il keçirib

21 Yan, 2017
13:09
3185

Hindistan sakini qardaşının cinayətinə görə həbsxanada 10 il keçirib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Hindistanın Uttar Pradeş ştatında yerləşən Bicnor şəhərinin sakini qardaşı tərəfindən törədilmiş cinayətə görə 10 il həbsxanada qalıb.

Oxu.Az Report-a istinadən xəbər verir ki, hazırda 43 yaşı olan Bala Sinqh yanvarın 20-də azadlığa buraxılıb.

B.Sinqh polisin adam öldürməkdə şübhəli bildiyi qardaşı Pappu Sinqh olmadığını sübut edə bilmədiyindən məhkum həyatı yaşayıb. Belə ki, saxlanılan zaman onun üzərində heç bir sənəd olmayıb.

Onun şəxsiyyəti barmaq izlərinin laboratoriyaya göndərilməsindən sonra müəyyən edilib. Nəşr yazıb ki, hökumət orqanlarından heç birinin nümayəndəsi şəxsiyyəti müəyyənləşdirmək üçün sadə testi həyata keçirməyin niyə 10 il vaxt aldığını izah etməyib.

A.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri