22 
Yan
2017
14:45
28
311
8514
Virtual karabakh

Sankt-Peterburq bazarında azərbaycanlı bıçaqlanıb

22 Yan, 2017
14:45
8514

Sankt-Peterburq bazarında azərbaycanlı bıçaqlanıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sankt-Peterburq polisi şəhərin Frunzen rayonu ərazisində baş verən bıçaqlanma hadisəsi ilə bağlı araşdırma aparır.

Oxu.Az Report-a istinadən xəbər verir ki, yanvarın 21-də rayonun Sofiyski meyvə-tərəvəz bazasında Azərbaycandan olan şəxsə ciddi bıçaq xəsarətləri yetirilib.

Qan içində olan 1978-ci il təvəllüdlü azərbaycanlını yoldan keçənlər görüblər və hadisə yerinə “təcili yardım” çağırılıb. Yaralı gecə saatlarında şok vəziyyətində Canelidze adına Elmi-Tədqiqat İnstitutuna çatdırılıb. Həkimlər miqrantın baş, boyun, döş və ayaq nahiyələrində kəsik yerləri aşkar ediblər. Mütəxəssislərin fikrincə, yaralının vəziyyəti ağırdır.

Faktla bağlı cinayət işi qaldırılıb, istintaq gedir.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri