22 
Yan
2017
16:10
238
28
5515
Virtual karabakh

Sürücünü öldürüb avtomobilini qaçıran şəxs Gürcüstana gedərkən tutulub

22 Yan, 2017
16:10
5515

Sürücünü öldürüb avtomobilini qaçıran şəxs Gürcüstana gedərkən tutulub

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bir neçə gün öncə Şəmkirdə sürücünü öldürüb avtomobilini qaçıran şəxs ölkəni tərk etmək istəyərkən saxlanılıb.

Oxu.Az xəbər verir ki, Şəmkir rayon Polis şöbəsindən Report-a verilən məlumata görə, yanvarın 17-də Şəmkir rayonunun Seyfəli kəndi ərazisində Gəncə şəhər sakini, 1958-ci il təvəllüdlü sürücü Babayev Namiq Əli oğlunu bıçaqlayaraq ona məxsus avtomobili qaçıran Şəmkir rayon Seyfəli kənd sakini, 1996-cı il təvəllüdlü Eşqin Murtuzov Gürcüstana keçmək istəyərkən “Sınıq Körpü” Gömrük Məntəqəsində saxlanılıb.

E.Murtuzovun bıçaqladığı şəxs 2 gün əvvəl yerləşdirildiyi xəstəxanada ölüb.

Qaçırılan “VAZ-2107” markalı avtomobil Şəmkir rayon Seyfəli kənd sakini, maşın ustası Kamal Kərimovda aşkarlanıb. Polisə ifadə verən K.Kərimov isə avtomobili həmkəndlisi Eşqin Murtuzovan aldığını bildirib.

Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılıb, araşdırma davam etdirilir.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri