23 
Yan
2017
09:36
137
15
3131
Virtual karabakh

Balakəndə oğurluqla məşğul olan dəstə tutulub – FOTO + VİDEO

23 Yan, 2017
09:36
3131

Balakəndə oğurluqla məşğul olan dəstə tutulub – FOTO + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Balakəndə evlərdən və avtomobillərdən oğruluq edən 3 nəfər həbs edilib.

Oxu.Az xəbər verir ki, Balakən Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, Katex və Kortala kəndlərində bir qrup sakinin evlərinin həyətyanı sahələrindən təsərrüfat əşyaları və avtomobil ehtiyat hissələri oğurlanıb.

Aparılan axtarış-əməliyyat tədbirləri nəticəsində cinayəti törədənlər, Hənifə kənd sakini, 1992-ci il təvəllüdlü Elçin Məhəmməd oğlu Musayev, Qaravəli kənd sakini, 1996-cı il təvəllüdlü Mirvan Oruc oğlu Qurbanov və Tülü kənd sakini, 1994-cü il təvəllüdlü Rəsul Bahaddin oğlu İsmayılov saxlanılıb. Oğurlanmış əşyalar onlardan götürülərək maddi sübut kimi istintaqa təhvil verilib.

Faktla bağlı Balakən Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlayıb, təqsirləndirilən şəxslərin digər cinayətlərdə iştirak edib-etməməsi araşdırılır.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri