15 
Fev
2017
18:34
288
92
4674
Virtual karabakh

Gəncədə polisə ictimai dəstək qrupunun üzvü bıçaqlanıb

15 Fev, 2017
18:34
4674

Gəncədə polisə ictimai dəstək qrupunun üzvü bıçaqlanıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Gəncə şəhərində bıçaqlanma hadisəsi baş verib. 

Oxu.Az xəbər verir ki, APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə Gəncənin şərq çıxışında yerləşən Kəlbəcərdən olan məcburi köçkünlər üçün salınan qəsəbədə qeydə alınıb. 

Kəlbəcər rayon Polis Şöbəsinin nəzdində olan polisə ictimai dəstək qrupunun üzvü, 1993-cü il təvəllüdlü Salahlı Şəhriyar Qürbət oğlu hələ ki, kimliyi məlum olmayan şəxs tərəfindən bıçaqlanıb. 

Cinayəti törədən şəxs hadisə yerindən qaçıb. Yaralı isə Gəncədə olan xəstəxanaların birinə yerləşdirilib.

Vəziyyətinin orta ağır olduğu bildirilir.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri