15 
Fev
2017
23:31
28
370
12088
Virtual karabakh

Bakıda qətl törədilib – YENİLƏNİB

15 Fev, 2017
23:31
12088

Bakıda qətl törədilib – YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda küçədə meyiti tapılan şəxsin kimliyi məlum olub.

Oxu.Az xəbər verir ki, APA-nın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, o, 1984-cü il təvəllüdlü Hüseynov İslam Fəzail oğludur.

İslam Hüseynovun qohumu tərəfindən bıçaqlandığı, yaralı vəziyyətdə Zeynal Xəlil küçəsinə qədər gəldiyi və orda dünyasını dəyişdiyi bildirilir. 

Meyiti Zeynal Xəlil küçəsi, 307 ünvanının sakinləri tapıblar və polisə məlumat veriblər.

21:31

Bakıda Zeynal Xəlil küçəsi, 307 saylı evin qarşısında naməlum kişi meyiti tapılıb.

Oxu.Az-ın APA-ya istinadən məlumatına görə, onun bıçaqla qətlə yetirildiyi bildirilir.

Hazırda hadisə yerində Nərimanov Rayon Polis və Prokurorluğunun əməkdaşları işləyir.

Qətlə yetirilən şəxsin kimliyi müəyyənləşdirilir. 

Onuna hadisə yerində və yaxud digər yerdə bıçaqlandığı dəqiqləşdirilir. 

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri