16 
Fev
2017
11:16
8
98
3186
Virtual karabakh

Serbiyada güllələnən azərbaycanlı sabiq klub prezidenti açıqlama verdi

16 Fev, 2017
11:16
3186

Serbiyada güllələnən azərbaycanlı sabiq klub prezidenti açıqlama verdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Serbiyanın paytaxtı Belqradda iki qruplaşma arasındakı münaqişə nəticəsində güllə yarası alan azərbaycanlı sabiq klub prezidenti Yaşar Rüstəmov artıq xəstəxanadan evə buraxılıb. 

Oxu.Az xəbər verir ki, bu barədə “Report”a açıqlamasında Y.Rüstəmovun özü məlumat verib.

Artıq fəaliyyətini dayandırmış klubun keçmiş rəhbəri hazırda Belqradda olduğunu bildirib. O, Bakıya nə vaxt qayıdacağını bilmədiyini söyləyib.

Y.Rüstəmov deyib ki, hadisənin hansı səbəbdən baş verdiyini hələ də anlamır: 

“Xahiş edirəm, hadisə barədə sual verməyin. Çünki ürəkaçan bir şey olmayıb. Siz də mediada yazanda, yaxınlar lap pis olur. Yaxın adamlarda məlumat var. Məncə, çox ağartmaq lazım deyil. Bir az dincəlmək istəyirəm. Qısaca onu deyim ki, davanın niyə baş verdiyini anlaya bilmirik. Şükür olsun, bu günə qədər düşmənimiz olmayıb. Bu, bir anlaşılmazlıqdır. Dalaşdığımız adamları tanımıram. Əsas odur ki, salamatçılıqdır”.

Qeyd edək ki, atışma nəticəsində Yaşar Rüstəmov ayağından yaralanıb. Hadisə yerli kafelərdən birində səhər saatlarında baş verib.

Əvvəlcə tərəflər yumruq davasına çıxıblar, sonra isə güllə səsi eşidilib. Güllə Rüstəmovun ayağına tuş gəlib.

Ona atəş açanlar hadisə yerindən uzaqlaşıblar. Zərərçəkənin yanında vaxtilə Azərbaycanda qapıçı və qapıçılarla işləyən məşqçi kimi çalışmış Vladimir Miçoviçlə Vladimir Miloyeviç adlı şəxs olub. Yaşar Rüstəmov artıq fəaliyyətini dayandırmış “Abşeron” klubunun prezidenti olub. Vladimir Miçoviç isə həmin klubda oynayan məşqçi funksiyasını yerinə yetirib. Daha öncə isə Miçoviç “Neftçi”də qapıçı və qapıçılarla iş üzrə məşqçi kimi çalışıb. 

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri