16 
Fev
2017
17:52
195
25
2596
Virtual karabakh

Ukraynada azərbaycanlıların oğurlanması faktları ilə bağlı cinayət işi başlayıb

16 Fev, 2017
17:52
2596

Ukraynada azərbaycanlıların oğurlanması faktları ilə bağlı cinayət işi başlayıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ukrayna Baş Prokurorluğu azərbaycanlıların oğurlanması və girov götürülməsi faktı üzrə Cinayət Məcəlləsinin bir neçə maddəsi üzrə cinayət işi başlayıb.

Oxu.Az-ın xəbərinə görə, Ukrayna Azərbaycanlıları Konqresinin Ali Məclisinin sədri Akif Gülməmmədov APA-ya bildirib ki, artıq cinayətkarların izinə də düşülüb və istintaq sirri olduğu üçün detallar açıqlanmır.

Ukrayna Cinayət Məcəlləsinin adam oğurluğu, soyğunçuluq və quldurluq maddələri üzrə cinayət işi başlandığını deyən A.Gülməmmədov bildirib ki, onlar işin gedişatı ilə mütəmadi məlumatlandırılır.

Məsələyə Azərbaycanın Ukraynadakı səfirliyindən münasibət öyrənmək mümkün olmayıb.

Qeyd edək ki, son 2 ildə Ukraynada azərbaycanlı iş adamlarının və övladlarının oğurlanaraq pul müqabilində azad olunmaları hadisələri qeydə alınıb. Azərbaycanın baş prokuroru Zakir Qaralov ukraynalı həmkarı Yuri Lutsenkoya müraciət edəndən sonra o, bu ölkədə yaşayan azərbaycanlılarla görüşüb.

N.O.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri