17 
Fev
2017
12:29
135
49
7487
Virtual karabakh

Odessada azərbaycanlı kriminal avtoritet saxlanılıb

17 Fev, 2017
12:29
7487

Odessada azərbaycanlı kriminal avtoritet saxlanılıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ukraynanın Milli Polis və Təhlükəsizlik Xidməti əməkdaşları birgə keçirdikləri xüsusi əməliyyat əsnasında Odessa ərazisində fəaliyyət göstərən azərbaycanlı kriminal avtoriteti saxlayıblar.    

Oxu.Az bu barədə Ukrayna KİV-nə istinadən xəbər verir. 

Saxlanılan şəxs silah və narkotiklər ilə əlaqədar cinayətlərin törədilməsi ilə əlaqədar axtarışda idi. Əslən Bakıdan olan gənc hazırda həbsxanada olan “Qulu” ləqəbli “qanuni oğru”nun yetirməsidir. 

Ukrayna Milli Polis və Təhlükəsizlik Xidmətinin nümayəndəsinin sözlərinə görə, avtoritet müqavimət göstərib və əməliyyatçıları hədələyib. Hazırda müvəqqəti təcridxanadadır və o, 5 il müddətinə azadlıqdan məhrum edilə bilər.   

N.O.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri