17 
Fev
2017
23:44
29
294
25957
Virtual karabakh

Quda qatili: Gəlinsiz toy elədim – VİDEO

17 Fev, 2017
23:44
25957

Quda qatili: Gəlinsiz toy elədim – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ARB TV-nin “Rezonans” verilişində quda qatili, məhbus Fəxrəddin Hüseynov inanılmaz həyat hekayəsini bölüşüb.

Oxu.Az xəbər verir ki, 9 il iş alan Hüseynov həbsə necə düşdüyünü açıqlayıb:

“Xalam oğlu quda olmaq istədi. Əvvəl razı deyildim, amma məcbur razılaşdım. Sonradan mənim oğlum onun qızını istəyəndə ürəyim rahat oldu. Lakin qudam buna razı olmadı. Bir dəfə getdim, iki dəfə getdim, vermədilər. 

Sonra oğlum qızı qaçırtdı və aramız pisləşdi. Toya üç gün qalmış gəldi polislə qızı apardı. Gəlinsiz toy elədim. Səkkiz ay məhkəmələrdə, polislərdə süründüm. Heç cür barışmaq istəmirdi. Ağzından çıxan söyüşləri deyirdi mənə. 

Söhbətin üstündən səkkiz ay keçmişdi, lakin hələ barışmaq istəmirdi. Getdim görüşməyə, avtomobilə oturanda düşündüm ki, səkkiz ayda hirsi soyuyar, normal danışarıq. Əyləşən kimi başladı məni söyməyə. Anamı, atamı, qardaşımı söydü. Dözmədim, cibimdə balaca bıçağım var idi. Bıçağı çıxardan kimi görüb qorxdu, avtomobili yola sürmək istədi ki, qəza olsun, həm özü ölsün, həm də mən. 

Əlimi saldım rolun arasına, biləyimdən vurdu. Mən isə bıçaqla iki dəfə onun boynundan vurdum. Qorxdum, bilmədim nə edim. Gedib polisə təslim oldum, dedim ki, qızımı onlardan götürün evimə qoyun, sonra mənə nə edirsiz edin”.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri