20 
Fev
2017
15:09
48
257
7063
Virtual karabakh

Bakıda Rusiya vətəndaşına təcavüz edilib

20 Fev, 2017
15:09
7063

Bakıda Rusiya vətəndaşına təcavüz edilib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Təcavüz haqqında növbəti məlumat keçən bazar günü Yasamal Rayon Polis idarəsinə daxil olub.

Oxu.Az xəbər verir ki, “Sputnik Azərbaycan”a bu barədə Yasamal Polis İdarəsindən bildiriblər.  

Cinayətin qurbanı, Rusiyanın 1999-cu il təvəllüdlü vətəndaşı Y.U. olub. O iddia edir ki, Nərimanov küçəsində yerləşən 31/33 binasının qarşısında Nicat adlı tanışının dostu tərəfindən zorlanıb, təcavüzkarın adını bilmir. 

Polisdə bu qəbildən olan arayışlara skeptik yanaşdıqlarını deyiblər. Belə ki, çox zaman təcavüz baş vermir, sadəcə, intiqam almaq və ya əvəz çıxmaq istəyi olur. Amma buna baxmayaraq, informasiyanı yoxlamaq lazımdır. Cinayət tərkibini istisna etmək olmaz. 

Fakt üzrə hələlik heç kim saxlanılmayıb. Rusiya vətəndaşının hansı şərtlər altında təcavüzə məruz qaldığı da məlum deyil. 

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri