21 
Fev
2017
13:10
92
98
5442
Virtual karabakh

Azərbaycandan əntiq malları çıxarmaq istəyiblər – FOTO + VİDEO

21 Fev, 2017
13:10
5442

Azərbaycandan əntiq malları çıxarmaq istəyiblər – FOTO + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan vətəndaşının ölkə ərazisindən qanunsuz yolla əntiq mallar çıxarmaq cəhdinin qarşısı alınıb.

Bu barədə Oxu.Az-a Dövlət Gömrük Komitəsindən məlumat verilib.

Tovuz Gömrük İdarəsinin əməkdaşları külli miqdarda mədəni-məişət və təsərrüfat malları, eləcə də əntiq əşyaların qanunsuz yolla ölkə ərazisindən çıxarılmasına cəhdin qarşısını alıblar.

İdarənin “Sınıq Körpü” gömrük postunda Azərbaycandan Gürcüstana gedən “DAF” markalı 99XT556/99ZC556 dövlət qeydiyyat nişanlı yük avtomobilində mal-müşayiət sənədlərində göstərilən çəki ilə faktiki çəki arasında fərq qeydə alınıb. Azərbaycan vətəndaşı Azad Mirzəbəy oğlu Mirseyfullayevin idarə etdiyi həmin avtomobilə baxış zamanı, yük yerindəki yağ qutularının altında əmtəə-nəqliyyat qaiməsində (CMR) və invoysda göstərilməyən müxtəlif ölçülü digər qutular aşkar edilib. Qutulara baxış nəticəsində külli miqdarda mədəni-məişət və təsərrüfat malları, həmçinin 25 ədəd əntiq xalça və 5 ədəd əntiq samovar aşkar olunaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri