21 
Fev
2017
21:24
270
64
26396
Virtual karabakh

Moskvada Azərbaycan neft şirkətinin sabiq başçısı həbs olundu

21 Fev, 2017
21:24
26396

Moskvada Azərbaycan neft şirkətinin sabiq başçısı həbs olundu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Daxili İşlər Nazirliyinin operativ qrupu Beynəlxalq Bankın keçmiş rəhbəri Cahangir Hacıyevin ən yaxın adamlarından biri olan və Moskvada həbs edilən Emin Sadiqin ekstradisiyası üçün Rusiya paytaxtına yola düşüb.

Oxu.Az-ın xəbərinə görə, bu barədə virtualaz.org-a məlumatlı mənbələrdən bildirilib.

Xatırladaq ki, Cahangir Hacıyev biznesmen Hafiz Məmmədovun “Bahar Energy” neft şirkətini ələ keçirəndən sonra onu faktiki olaraq talaması üçün öz dostu Emin Sadiqə vermişdi.

Emin Sadiq ondan əvvəl BP şirkətində işləyib, sonradan xidməti saxtakarlıqda ittiham edilərək işdən çıxarılıb. 

Lakin Azərbaycanın və Böyük Britaniyanın vətəndaşı olan Emin Sadiq tezliklə özü neft şirkətinə başçılıq etməyə başlayıb. Təyinatının ilk aylarında o, şirkətdəki bütün mütəxəssisləri işdən çıxarıb və onların yerinə öz dostlarını və tanışlarlarını götürərək yüksək maaşlar ödəyib. 

Məsələn, Emin Sadiq Ukraynadan olan məşhur model Ninel Kolomiytsevanı özünə şəxsi katibə təyin edib.

Qeyd edək ki, Emin Sadiq həmçinin Bakıdakı “Lacoste” mağazalar şəbəkəsinin sahibi kimi məşhurdur.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri