22 
Fev
2017
00:04
140
189
11529
Virtual karabakh

Qızını qətlə yetirən ata həbsxanada ölüb

22 Fev, 2017
00:04
11529

Qızını qətlə yetirən ata həbsxanada ölüb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Yanvarın 31-də Quba rayonunun Alpan kəndində 15 yaşlı qızı Səfurə Süleymanovanı qətlə yetirən Süleymanov Əşrəf Əlməmməd oğlu həbsxanada ölüb.

Oxu.Az-ın xəbərinə görə, bu barədə “Report”a Quba Rayon İcra Hakimiyyətinin Alpan inzibati ərazi dairəsinin nümayəndəsi Tofiq Qubadov məlumat verib.

O bildirib ki, Əşrəf Süleymanov qətl ilə bağlı Quba Rayon Prokurorluğuna, oradan isə məhkəməyədək Şüvəlan təcridxanasına aparılmışdı.

“Bu gün eşitdik ki, Ə.Süleymanov ölüb, xəbəri ailəsi də bilir. Əşrəfin Bakıdakı qardaşı onun cəsədini Qubaya gətirmək istəyir”, - deyə T.Qubadov əlavə edib.

Onun sözlərinə görə, ölüm xəbərini mərhumun Bakı şəhərində yaşayan qardaşı Cəlilulla Süleymanov kənddə qalan anasına telefon danışığı zamanı verib.

Qeyd edək ki, ruhi xəstə olduğu bildirilən Əşrəf Süleymanov qızını çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirmişdi.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri