22 
Fev
2017
17:13
271
41
16986
Virtual karabakh

Azərbaycanda polis əməliyyat keçirib: Biznesmen ölümdən xilas edildi

22 Fev, 2017
17:13
16986

Azərbaycanda polis əməliyyat keçirib: Biznesmen ölümdən xilas edildi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xaçmaz rayonunda ölümlə hədələnən şəxs polis tərəfindən xilas edilib.

Oxu.Az lent.az-a istinadən xəbər verir ki, Xaçmaz şəhərinin N.Nərimanov küçəsində yerləşən “Qızıl Tac” mağazasının sahibi Ehtiram İslamov üzləşdiyi cinayət əməli ilə bağlı mağazadakı siqnalizasiya sistemi vasitəsilə polisə məlumat verib.

Belə ki, iş adamının tanışları – Orucov Dövlət Əlibaxış oğlu və İlyasov Əli İlyas oğlu ilə pul məsələsinə dair mübahisəsi yaranıb. E.İslamov xuliqanlıq zəminində döyülüb və bıçaqla öldürülməklə hədələndiyini gördükdə siqnalizasiya vasitəsilə mühafizə polisinə müraciət edib.

Dərhal əraziyə polis cəlb edilib və Ə.İlyasov saxlanılıb. D.Orucov isə hadisə yerindən qaçıb. Xaçmaz RPŞ-nin və Mühafizə Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində D.Orucov da tutulub.

Faktla bağlı Xaçmaz Rayon Polis Şöbəsində araşdırma aparılır.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri