22 
Fev
2017
19:00
256
55
11656
Virtual karabakh

Rusiyada polis polkovnikini ailə üzvləri ilə birgə öldürən azərbaycanlılara hökm oxunub

22 Fev, 2017
19:00
11656

Rusiyada polis polkovnikini ailə üzvləri ilə birgə öldürən azərbaycanlılara hökm oxunub

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyada polis polkovnikini və onun ailə üzvlərini öldürməkdə ittiham olunan Azərbaycan və Tacikistan vətəndaşlarına hökm oxunub.

Oxu.Az-ın APA-ya istinadən verdiyi məlumata görə, Samara məhkəməsinin qərarına əsasən, Azərbaycan vətəndaşları Məhəmməd ƏhmədovRoman Fətəliyev ömürlük, İslam Babayev 25 il, Tacikistan vətəndaşı Orxan Zöhrabov isə 26 il həbs cəzası alıb.

İttiham olunanlar günahlarını qismən etiraf ediblər.

Təqsirləndirilən şəxslər silahlı basqın, iki və daha artıq şəxsin ölümü və azyaşlı uşağın həyatına qəsddə ittiham olunurlar.

Qeyd edək ki, Rusiya Daxili İşlər Nazirliyinin regional bölməsinin keçmiş rəis müavini, polkovnik Andrey Qoşt və ailəsinin 5 üzvü - polkovnikin arvadı, qardaşının arvadı, qardaşı qızı və valideynləri 2016-cı il aprelin 24-də Sızran rayonunun İvaşevka qəsəbəsində öldürülüb.

Hadisə yerində sağ qalmış yeddi yaşlı qız tapılıb. O, ağır bədən xəsarətləri ilə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

A.M.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri