22 
Fev
2017
12:28
23
139
5143
Virtual karabakh

Gürcüstanda azərbaycanlı dostunu qətlə yetirib

22 Fev, 2017
12:28
5143

Gürcüstanda azərbaycanlı dostunu qətlə yetirib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Qardabani rayonunda qətl hadisəsi baş verib.

Oxu.Az-ın APA-ya istinadən verdiyi məlumatına görə, hadisə rayonun Nəzərli kəndində qeydə alınıb.

Məlumata görə, kənd sakinləri - 1987-ci il təvəllüdlü Babək Sabir oğlu Əhmədov və 1989-cu il təvəllüdlü Ceyhun Əmirxan oğlu Orucov arasında dünən gecə saatlarında mübahisə olub. Nəticədə B. Əhmədov C.Orucovu bıçaqlayıb.

Qardabani rayon xəstəxanasına yerləşdirən C. Orucov orada dünyasını dəyişib.

Hadisəni törədən B.Əhmədov cinayəti törətdikdən sonra hadisə yerindən qaçıb. 

O, hazırda polis tərəfindən axtarılır.

B.Əhmədovla C. Orucovun dost, qonşu olduqları bildirilir.

Faktla bağlı cinayət işi açılıb, araşdırma gedir.

N.О.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri