23 
Fev
2017
21:20
15
224
8004
Virtual karabakh

Lapşinin yeni vəkilindən – İLK AÇIQLAMA

23 Fev, 2017
21:20
8004

Lapşinin yeni vəkilindən – İLK AÇIQLAMA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanda həbsdə olan blogger Aleksandr Lapşinin ailəsi tərəfindən tutulan vəkil Trend xəbər agentliyinə açıqlama verib.

Oxu.Az-ın məlumatına görə, vəkil A.Lapşinin anası ilə müqavilə bağladığını təsdiqləyib və bildirib ki, o, 1 saylı Bakı İstintaq Təcridxanasında müvəkkili ilə görüşüb: 

“Anası Bakıya gəlib mənimlə müqavilə imzaladı. Hazırda A.Lapşinin hüquqlarını müdafiə edirəm. Orderi də istintaqa təqdim etmişəm. Lapşinlə görüşdüm, onun saxlanma şəraiti və səhhəti ilə maraqlandım. Lapşin deyir ki, təcridxanadan heç bir şikayəti yoxdur, səhhəti normaldır. Lapşini Rusiya və Belarus səfirliklərinin əməkdaşları da nəzarətdə saxlayır. Heç bir problem yoxdur”.

Vəkil bildirib ki, o, Lapşinin ailəsi tərəfindən təyin edilmiş ilk vəkildir: 

“Səfər Hüseynov Lapşinə dövlət tərəfindən təyin olunan vəkildir, mən isə ailəsi tərəfindən. Hələlik Lapşinin S.Hüseynovdan imtina edib-etməməsi barədə məlumat yoxdur. İstintaq isə hələ davam edir. Yaxın vaxtlarda istintaq yekunlaşa bilər, amma nə vaxt, onu bilmirəm”.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri