24 
Fev
2017
09:27
24
123
5664
Virtual karabakh

Bakıda qadın satıcı müştərini bıçaqlayıb

24 Fev, 2017
09:27
5664

Bakıda qadın satıcı müştərini bıçaqlayıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xəzər rayonu Binə qəsəbəsi Südçülük sovxozu ərazisində bıçaqlanma hadisəsi qeydə alınıb.

Oxu.Az xəbər verir ki, APA-nın məlumatına görə, həmin ərazidə yerləşən mağazalardan birinə siqaret almaq məqsədilə daxil olan müştəri bıçaqlanıb.

Məlumata görə, hadisədən əvvəl bıçaqlanan şəxslə qadın satıcı arasında siqaretin qiyməti ilə bağlı mübahisə yaranıb. Mübahisə zəminində qadın satıcı 1974-cü il təvəllüdlü Ağaverdiyev  Yalçın Ağamalı oğluna xəsarət yetirib.

Yaralı 3 saylı Şəhər Kliniki Xəstəxanasına aparılıb. Həkimin sözlərinə görə, xəsarət alan şəxs xəstəxanaya qarının sol nahiyəsinin deşilmiş-kəsilmiş yarası ilə daxil olub. Dərhal əməliyyata götürülən Y.Ağaverdiyevin vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri