24 
Fev
2017
13:35
174
22
6435
Virtual karabakh

Gəncədə iki bacını qətlə yetirən şəxs tutulub

24 Fev, 2017
13:35
6435

Gəncədə iki bacını qətlə yetirən şəxs tutulub

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Respublikanın daxili işlər və prokurorluq orqanlarının peşəkarlıqla həyata keçirdikləri təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində Gəncə şəhərində qeyri-aşkar şəraitdə törədilmiş qətl hadisəsinin üstü “isti izlərlə” açılıb.

Oxu.Az-ın xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun Mətbuat xidmətlərinin birgə məlumatında bildirilib.

Belə ki, cari il fevralın 22-də saat 23 radələrində Gəncə şəhər sakinləri - 57 yaşlı Rəna Nəbiyevanın və bacısı, 78 yaşlı Zəhra Abdullayevanın üzərilərində zorakılıq əlamətləri olan meyitləri yaşadıqları evdə aşkar edilib.

Faktla bağlı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. Məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitlərə baxış keçirilib, iş üzrə əhəmiyyət kəsb edən maddi sübutlar götürülüb, müvafiq ekspertizalar təyin edilib və digər zəruri istintaq hərəkətləri aparılıb.

Polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən həyata keçirilmiş tədbirlərlə bu ağır cinayəti şəxsi münasibətlər zəminində törətməkdə şübhəli bilinən Bərdə rayon sakini, 57 yaşlı Sənan Məmmədov tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

N.O.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri