27 
Fev
2017
11:25
11
163
4281
Virtual karabakh

Qoğal satan şəxs kişinin qulağını kəsdi

27 Fev, 2017
11:25
4281

Qoğal satan şəxs kişinin qulağını kəsdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda qoğal satan şəxs adamın qulağını kəsib, daha bir nəfəri isə bıçaqlayıb.

Oxu.Az-ın Report-a istinadən xəbərinə görə, hadisə Nizami rayonunda qeydə alınıb.

Belə ki, Rüstəm Rüstəmov küçəsində “makler bazarı” kimi tanınan ərazidə qoğal satmaqla məşğul olan orta yaşlı kişi (şəxsiyyəti müəyyənləşdirilir) 1984-cü il təvəllüdlü Məmmədov Elçin Süleyman oğlunun qulağını kəsib.

Daha sonra o, əlindəki bıçaqla mübahisənin qarşısını alamaq istəyən 1982-ci il təvəllüdlü Elyazov Xanlar Aydın oğlunun üz və bədən nahiyəsinə bıçaq xəsarətləri yetirib. Yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri