27 
Fev
2017
13:23
17
232
7616
Virtual karabakh

Gənc qız dostu ilə ev yardı: Oğurladıqlarımızı qaytarıb vermişik – VİDEO

27 Fev, 2017
13:23
7616

Gənc qız dostu ilə ev yardı: Oğurladıqlarımızı qaytarıb vermişik – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

21 yaşlı Musayeva Cəmilə Nəbi qızı və ondan iki yaş böyük Cavadov Etibar Eynal oğlu oğurluq etdikləri üçün saxlanılıblar.

Oxu.Az ARB TV-yə istinadən xəbər verir ki, onlar Xaçmaz şəhər Şıxəli Qurbanov küçəsində yaşayan Əsli Mərdanovanın evini soyublar.

Cəmilə və Etibar həmin evdən 15 ədəd stəkan, çaydan, ətçəkən maşın və iki ədəd xalça oğurlayıblar.

Cəmilə Musayeva: “2 ədəd xalça, çaydan və bakallar oğurlamışıq. Oğurladıqlarımızı qaytarıb vermişik”.

Cinayət əməli törədən gənclər Xaçmaz və Nəsimi rayon polis şöbələrinin birgə həyata keçirdiyi əməliyyat nəticəsində Bakı şəhərində saxlanılıblar.

Bu şəxslərin digər cinayətlərdə iştirak edib-etmədiyi araşdırılır.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri