28 
Fev
2017
13:05
125
22
5908
Virtual karabakh

Bakıda “təhlükəli” şirniyyat həvəskarı saxlanılıb

28 Fev, 2017
13:05
5908

Bakıda “təhlükəli” şirniyyat həvəskarı saxlanılıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Paytaxt polisi bu ərəfədə “təhlükəli cinayətkarı” saxlayıb. Bu şirniyyat həvəskarı olan cinayətkar mağazadan şokolad oğurlamağa çalışıb. 

Oxu.Az xəbər verir ki, bu barədə “Sputnik Azərbaycan”a Nərmanov Rayon Polis İdarəsindən bildiriblər. 

Hadisə yerində 1979-cu il təvəllüdlü Rəcəbli Vüqar Ağasəf oğlu saxlanılıb. O, 1989-cu il təvəllüdlü Rüstəm Salmanova məxsus Təbriz küçəsində, 18-ci polis bölməsinin ərazisində yerləşən mağazadan şokolad oğurlamağa cəhd edib. 

Oğurlanan şokoladın ümumi dəyər məbləği 80 manatdır. Nərimanov Rayon Polis İdarəsində şirniyyat aşiqinin həbsxanada oturmayacağı bildirilib. Hüquq-mühafizə orqanı əməkdaşları V.Rəcəblidən izahat aldıqdan sonra onu evə buraxıblar. 

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri