28 
Fev
2017
12:32
119
41
1659
Virtual karabakh

Salyanda ödəmə terminalı oğurlanıb

28 Fev, 2017
12:32
1659

Salyanda ödəmə terminalı oğurlanıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Salyan rayonunda oğurluq olub.

Oxu.Az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Şorsulu kəndində qeydə alınıb.

Belə ki, naməlum şəxs və ya şəxslər kənd sakini Aman Mirzağa oğlu Feyzullayevə məxsus ərzaq mağazasına daxil olublar. Mağaza sahibinin sözlərinə görə, mağazada heç nəyə toxunmadan yalnız oradakı ödəmə sistemləri aparatını götürərək aradan çıxıblar.

Bu barədə Salyan Rayon Polis Şöbəsinə (RPŞ) məlumat verilib. RPŞ əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində iki nəfər şübhəli şəxs qismində saxlanılıb.

Faktla bağlı Salyan RPŞ-də araşdırma aparılır.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri