Mar
2017
17:12
61
815
76248
Virtual karabakh

Qəzada ölən beş tələbədən 3-ü qrup yoldaşı olub – FOTO + YENİLƏNİB

“Qafqazinfo” vəfat edən tələbələrlə bağlı bəzi məlumatları əldə edib.

İbrahim Nəsibov universitetin 3-cü kurs tələbəsi olub. O, fizika və elektronika fakültəsində təhsil alırmış. Tələbə gənc bu gün Mərdəkanda dəfn olunub.

İbrahim Quliyev də eyni fakültənin 3-cü kursunda təhsil alırmış. Cəlilabad rayonunda torpağa tapşırılıb.

Qəzanın qurbanı olan digər 3 tələbə Çinarə Quliyeva, Roza Muradova və Rəşad Caniyev də tələbə yoldaşı olublar. Hər üçü də tarix və coğrafiya fakültəsinin III kursunda oxuyurlarmış. Rəşad Canıyev Lənkəran, Çinarə Quliyeva Füzuli, Roza Muradova isə Cəlilabad rayonundandır.

 

11:55

Bakı-Sumqayıt yolunda baş verən qəzada ölənlərin adları açıqlanıb.

Oxu.Az xəbər verir ki, Baş Dövlət Yol Polis İdarəsindən APA-ya verilən xəbərə görə, hadisə nəticəsində 5 nəfər dünyasını dəyişib.

Bunlar Quliyeva Çinarə Azər qızı (1996-cı il), Nəsibov İbrahim Xəqani oğlu (1996-cı il), Muradova Roza Eynulla qızı (1997-ci il), Quliyev İbrahim Vuqar oğlu (1996-cı il), Caniyev Rəşad Füzüli oğludur (1997-cı il) .

Bakı-Sumqayıt yolunda baş verən qəzada xəsarət alanların bəzilərinin adları məlum olub.

Hadisə nəticəsində xəsarət alan 17 nəfər - Babayev Orxan Xəqani oğlu, Mirzəyeva Mina, Qocayev Nicat Faiq oğlu, Cəfərova Aytən Əliyulla qızı, Əsgərli Oqtay Etibar oğlu, Fərzəliyeva Xavər Məlik qızı, Tağıyev Samir Məhəd oğlu, Cəbiyev Əfsər Əli oğlu, Manafov Bəybala Vüqar oğlu, Kərimova Təranə Şair qızı, Həsənov Elgiz Sərvər oğlu, Məmmədov Məhəmməd Şahin oğlu, Quluzadə Aytən Altay qızı, Baxışova İlahə Azər qızı, Amani Abbas Esmalı, Əliyev Elvin Rəşad oğlu, Mürsəlzadə Aydan Zahir qızı Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.

Onların hamısı Sumqayıt Dövlət Universitetinin tələbəsidir.

E.Ə.
www.oxu.az

Digər Kriminal xəbərləri