10 
Mar
2017
20:54
433
86
25618
Virtual karabakh

DTX xüsusi əməliyyat keçirib, iki silahlı şəxs məhv edilib

10 Mar, 2017
20:54
25618

DTX xüsusi əməliyyat keçirib, iki silahlı şəxs məhv edilib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qabaqcadan əlbir olan şəxslər tərəfindən xüsusilə ağır cinayətlər törətmək məqsədi ilə qaçaqmalçılıq yolu ilə qanunsuz olaraq odlu silah, döyüş sursatı və partlayıcı maddələrin ölkəyə gətirilməsi, saxlanması və daşınması barədə daxil olmuş məlumatlar Dövlət Təhlükəsizliyi Xidmətində aparılan araşdırmalarla təsdiqlənmiş və təxirəsalınmaz tədbirlərin görülməsini zəruri edib.

Dövlət Təhlükəsizliyi Xidmətindən Oxu.Az-a verilən məlumata görə, bu cinayət əməllərində şübhəli olan Hüseynov Azər Məmməd oğlu və İslamov Əli Sabir oğlunun saxlanılması üçün 2017-cı il martın 10-da xüsusi əməliyyat keçirilib. Əməliyyat zamanı Azər Hüseynov və Əli İslamov yaşayış sahəsində silah tətbiq edərək müqavimət göstərib qanunla müəyyən edilmiş qaydada cavab tədbiri olaraq xüsusi əməliyyat qrupu tərəfindən xidməti silahdan istifadə edilməklə məhv edilib.

Azər Hüseynovun və Əli İslamovun qanunsuz saxladıqları 1 ədəd “AKSU-74” tipli avtomat, 2 ədəd “Makarov” tipli və 1 ədəd kustar üsulla hazırlanmış tapançalar, 400 və 75 qramlıq partlayıcı maddələr və xeyli sayda müxtəlif çaplı patronlar götürülüb.

Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri