13 
Mar
2017
08:40
103
45
4875
yuxarı
Ağstafada 39 yaşlı kişi əmisi qızı tərəfindən bıçaqlanıb
13 Mar, 2017
08:40
4875
103
45
Ağstafada 39 yaşlı kişi əmisi qızı tərəfindən bıçaqlanıb
Ağstafa rayonunda bıçaqlanma hadisəsi baş verib. Kənd sakini, 1978-ci il təvəllüdlü Əliyev Ayaz Nizami oğlu sol kürək nahiyəsindən bıçaqlanaraq ağır yaralanıb.
Oxu.Az Report-a istinadən xəbər verir ki, 39 yaşlı Əliyev Ayaz Nizami oğlunu bıçaqlayan isə əmisi qızı olub.
İlkin məlumata görə, 56 yaşlı qadın əmisi oğlunu ona qarşı xoşagəlməz ifadələr işlətdiyi üçün bıçaqlayıb. Belə ki, A.Əliyev sərxoş halda ailə həyatı qurmayan əmisi qızına qarşı xoşagəlməz ifadələr işlədib. Nəticədə tərəflər arasında mübahisə yaranıb. Bu zaman qadın bıçağa əl atıb və A.Əliyevə xəsarət yetirib.
Hadisəni törətmiş şəxs saxlanılıb.
A.M.
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək