13 
Mar
2017
11:29
14
327
15378
Virtual karabakh

Bakıda qumar bir ailəni məhv etdi – TƏFƏRRÜAT + YENİLƏNİB

13 Mar, 2017
11:29
15378

Bakıda qumar bir ailəni məhv etdi – TƏFƏRRÜAT + YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dünən Bakı şəhərində baş vermiş qətl hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb.

Oxu.Az lent.az-a istinadən xəbər verir ki, Əbilov küçəsi ev 18/12 ünvanında atası, 55 yaşlı Sadiq Sadıqovu bıçaqlayaraq öldürən 30 yaşlı Emin Sadıqovun külli miqdarda qumar borcu olub.

Xeyli vaxtdır mərc oyunları ilə məşğul olan Eminin külli miqdarda borcu yaranıb və hadisə bu səbəbdən baş verib.

Bildirilir ki, E.Sadıqov məhz qumar borcuna görə oğurluq etdiyi üçün məhkum edilib. Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə ittiham edilən gənc bir neçə ay əvvəl həbsxanadan çıxıb və köhnə vərdişindən əl çəkməyərək yenidən mərc oyunlarına pul qoymağa başlayıb. Nəticədə çıxılmaz vəziyyətə düşən E.Sadıqov atasından evi satmasını istəyib. Sadiq Sadıqov buna etiraz etdikdə evdə münaqişə yaranıb və oğul atasının döş qəfəsinə çoxsaylı bıçaq zərbələri endirərək öldürüb. Eminin atasını öldürməsinə mane olmaq istəyən anası da bıçaq xəsarətləri alıb.

Araşdırmalar davam etdilir.

09:16

Bakıda qətl hadisəsi baş verib.

Oxu.Az-ın APA-ya istinadən məlumatına görə, rayonun Əbilov küçəsi ev 18/12 ünvanında yaşayan 1987-ci il təvəllüdlü Emin Sadiq oğlu Sadıqov mübahisə zəminində atası, 1962-ci il təvəllüdlü Sadiq Saleh oğlu Sadıqovu bıçaqlayaraq qətlə yetirib.

E.Sadıqov ona mane olmaq istəyən anası, 1967-ci il təvəllüdlü Yasəmən Sadıqovaya da bıçaq xəsarətləri yetirib. Y.Sadıqova xəstəxanaya yerləşdirilib.

İlkin məlumata görə, E.Sadıqov 6 ay əvvəl həbsdən çıxıb.

Onun külli miqdarda borcu olduğu, borcu ödəmək üçün yaşadıqları evi satmaq istədiyi, atası ilə mübahisənin də bu səbəbdən baş verdiyi bildirilir.

E.Sadıqov saxlanılıb. Cinayət işi başlanıb, istintaq gedir.

A.S.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri