13 
Mar
2017
09:34
167
15
2538
Virtual karabakh

Biləsuvarda avtomobil oğruları yaxalandı – FOTO

13 Mar, 2017
09:34
2538

Biləsuvarda avtomobil oğruları yaxalandı – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Biləsuvar rayon polisi avtomobil oğurluğu ilə məşğul olan Cəlilabad sakinlərini yaxalayıb.

Oxu.Az Report-a istinadən xəbər verir ki, Cəlilabad rayon sakinləri - Tahir Abdinov Natiq Muradovla qabaqcadan əlbir olaraq müxtəlif vaxtlarda Biləsuvar, Cəlilabad və Masallı rayonlarından 5 avtomobil oğurlayıblar.

Tahir Abdinov avtomobil ustası olduğu üçün oğurlanmış avtomobillər bir müddət onun təmir sexində saxlanılıb. Məlum olub ki, oğurlanmış avtomobillərdən ikisi müxtəlif vaxtlarda ehtiyat hissələrinə bölünərək, biri isə işlək halda müxtəlif şəxslərə satılıb. Ən qəribəsi isə odur ki, Tahir Abdinovla Natiq Muradov diqqəti yayındırmaq və ələ keçməmək üçün oğurladıqları avtomobillərin nömrələrindəki hərfləri sonradan xüsusi lentlərlə dəyişdiriblər.

Faktla bağlı Biləsuvar Rayon Polis Şöbəsində cinayət işi başlanıb, istintaq aparılır.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri