13 
Mar
2017
20:05
38
258
13103
Virtual karabakh

Paytaxtda bədənində “Vor” döyməsi olan kişi meyiti tapılıb – YENİLƏNİB

13 Mar, 2017
20:05
13103

Paytaxtda bədənində “Vor” döyməsi olan kişi meyiti tapılıb – YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda bədənində “Vor” döyməsi olan meyitin kimliyi müəyyənləşib.

Oxu.Az Report-a istinadən xəbər verir ki, Sabunçu rayonu, Balaxanı qəsəbəsində küçədən tapılmış meyitin üzərində heç bir zorakılıq əlaməti yoxdur. Onun 1963-cü il təvəllüdlü Ələkbər Yakuboviç olduğu müəyyən edilib.  

Qeyd edək ki, o, əvvəllər məhkumluq həyatı yaşayıb.   

19:35

Sabunçu rayonu, Balaxanı qəsəbəsində küçədən təxminən 40-45 yaşlı kimliyi məlum olmayan kişi meyiti tapılıb. 

Oxu.Az Report-a istinadən xəbər verir ki, naməlum şəxsin meyiti Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib. Onun bədəninin üzərində çoxlu döymə olduğu aşkarlanıb. Naməlum şəxsin barmaqlarının üzərinə böyük hərflərlə “Vor” sözü yazılıb.

Meyitin kimliyi və ölümün səbəbləri araşdırılır.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri