15 
Mar
2017
11:36
183
26
3213
Virtual karabakh

Sumqayıtda narkotik alverçisi və oğru saxlanılıb – VİDEO

15 Mar, 2017
11:36
3213

Sumqayıtda narkotik alverçisi və oğru saxlanılıb – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sumqayıtda polis narkotik maddələrin saxlanılması və alqı-satqısı ilə məşğul olan şəxsi saxlayıb.

Oxu.Az Xəzər TV-yə istinadən xəbər verir ki, daxil olan məlumat əsasında Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşları əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş Cabir Qayıbov saxlanılıb və onun üzərindən az miqdarda heroin aşkar edilib.

Sonra onun yaşadığı evin həyətyanı sahəsindən 2 kiloqram 45 qram heroin və 3 kiloqram 170 qram marixuana da aşkar edilib.

Saxlanılan şəxs ilkin ifadəsində narkotik vasitəni satmaq niyyəti ilə əvvəldən tanıdığı İran vətəndaşından aldığını bildirib.

Sumqayıt polisi daha bir əməliyyat-axtarış tədbiri nəticəsində ötən ilin sentyabr ayından bu ilin mart ayına kimi şəhər ərazisində silsilə oğurluq cinayətləri törətməkdə şübhəli bilinən Əşrəf Qəniyevi də saxlayıb.

Araşdırma zamanı Əşrəf Qəniyev ümumilikdə altı çay evi, bir market və 3 fərdi yaşayış evindən pul, elektrik naqili, təmir-tikinti alətləri, tütün məmulatları, televizor və kondisionerlər oğurlaması müəyyən edilib.

Hər iki faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.

İ.N

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri