15 
Mar
2017
13:50
72
48
2007
Virtual karabakh

Azərbaycanda keçmiş basketbolçuya 9 il iş verilib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda narkotik maddə satmaqda təqsirləndirilən Cəlilabad rayon sakini Toğrul Əsgərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Oxu.Az-ın Report-a istinadən xəbərinə görə, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə T.Əsgərov 9 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cəlilabad şəhər sakini T.Əsgərovun Nəsimi rayonu ərazisində kirayədə yaşadığı evinə baxış zamanı oradan 3 kiloqram 500 qram tiryək aşkar edilərək götürülüb.

T.Əsgərov Cinayət Məcəlləsinin 234.4.3-cü (satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma, külli miqdarda törədildikdə) maddəsilə ittiham olunub.

Xatırladaq ki, T.Əsgərov "Qala" basketbol klubunun sabiq üzvü olub.

N.О.

www.oxu.az

Digər Kriminal xəbərləri