16 
Mar
2017
14:45
39
680
17369
Virtual karabakh

“Tərəqqi” medalı almış müəllim özünü məktəbdə asdı – YENİLƏNİB

Sabir Adıgözəlovun intiharının bəzi təfərrüatları məlum olub.

Oxu.Az xəbər verir ki, mərhumun yaxınlarının Xeberle.com saytına verdiyi məlumata görə, 59 yaşlı müəllim 20 ildir ki, ailəsindən ayrılaraq tək yaşayıb. 

Onun tənha yaşamağı sağlamlığına, xüsusilə də əsəb sisteminə mənfi təsir göstərib. Sabir Adıgözəlovun psixi problemləri yaranıb. O, dəfələrlə özünü öldürməyə cəhd edib. Son anda yaxınları onu ölümdən qurtarıb.

Sonuncu dəfə - bu il martın 10-da Sabir dərman içərək canına qəsd etmək istəyib. Bu dəfə yaxınları vaxtında ona mane ola biliblər. Sözügedən şəxsi Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırıblar. Sabirin mədəsi burada yuyulub və onun həyati təhlükəsi sovuşub.

Martın 14-də axşam saatlarında isə Sabir özünü öldürmək istəyini reallaşdırıb. Bu dəfə yaxınları onu ölümdən qurtara bilməyiblər. Belə ki o, axşam saatlarında xəstəxanadan döşəkağını götürərək qaçıb. 

Yaxınlıqda 38 saylı məktəb olduğundan mərhum təhsil müəssisəsinin həyətinə gələrək metal borudan döşəkağı ilə özünü asıb. Faktla bağlı cinayət işi açılıb, istintaq aparılır.

Uzun müddətdir cüdo idman növü üzrə müəllim kimi fəaliyyət göstərən S.Adıgözəlov Sumqayıt idmanının yetirməsi və ötən il XV Yay Paralimpiya Oyunlarının bürünc medalını qazanan Rövşən Səfərovun ilk müəllimi olub. Xatırladaq ki, tələbəsinin bu uğuruna görə S.Adıgözəlov ötən ilin oktyabr ayında Prezident İlham Əliyev tərəfindən “Tərəqqi” medalı ilə təltif olunub.

15.03.2017

Sumqayıtda intihar hadisəsi baş verib.

Oxu.Az lent.az-a istinadən xəbər verir ki, şəhər sakini Adıgözəlov Sabir Dadaş oğlu Sumqayıtda yerləşən 38 saylı orta məktəbin həyətində özünü asaraq intihar edib.

Bildirilir ki, S.Adıgözəlov orta məktəbdə idman müəllimi işləyib.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

A.M.

www.oxu.az

Digər Kriminal xəbərləri