16 
Mar
2017
11:02
25
150
8224
Virtual karabakh

Fikrət Qoca öldürülən oğluna şeir ithaf etdi

16 Mar, 2017
11:02
8224

Fikrət Qoca öldürülən oğluna şeir ithaf etdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xalq şairi Fikrət Qoca bir neçə gün öncə öldürülən oğlu Yalçın Qocaya şeir yazıb.

Oxu.Az Qafqazinfo-ya istinadla həmin şeiri təqdim edir:

Oğluma sonuncu layla:

Mən səni qorudum uşaqlığından,

Mən səni qorudum cavanlığından,

Qorudum səni mən baba olunca

Demirəm izlədim, gəzdim dalınca...

Bu sözü atalar deyib əzəldən:

“Ac qarın özünü verər qılınca”.

Bəlkə yaxşı ata ola bilmədim

Səni öz əlindən ala bilmədim.

Sən öldün, amma mən ölə bilmədim.

İndi yaşayıram qalan vaxtımı.

Yaşamaq...Yəni bu yaşamaqdımı?... 

Xatırladaq ki, Yalçın Qocayevə baş nahiyəsindən küt alətlə xəsarət yetirilib. Y.Qocayev hadisə yerində ölüb.

Faktla bağlı 3 nəfər həbs olunub.

A.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri