19 
Mar
2017
21:19
227
104
3077
Virtual karabakh

Bakıda apteki yaran yeniyetmələr tutuldu

Bakıda oğurluqla məşğul olan iki nəfər tutulub. 

Oxu.Az Lent.az-a istinadən xəbər verir ki, gecə saat 04:44 radələrində Yasamal rayonu, Z.Xəlilov küçəsində yerləşən  aptekdən Mərkəzi Mühafizə Məntəqəsinə “həyəcan” siqnalı daxil olub. Dərhal hadisə yerinə gələn Yasamal Rayon Mühafizə İdarəsinin əməkdaşları obyektə baxış keçirərkən oğurluq məqsədi ilə giriş qapısına müdaxilə olunduğunu aşkar ediblər.

Obyektin daxilində kassadan olan pulları (77 manat) oğurlayıb qaçmaq istəyən Zaqatala sakini, 2000-ci il təvəllüdlü Bədəlov Əlisahib Aslan oğlu və Ukraynada anadan olmuş, 2002-ci il təvəllüdlü Mirasnoçenko Andrey Pavlikoviç saxlanılıb. Onlar ərazi üzrə 28-ci Polis Bölməsinə təhvil veriliblər. 

Faktla bağlı araşdırma aparılır.

www.oxu.az

Digər Kriminal xəbərləri