22 
Mar
2017
22:30
38
382
18170
Virtual karabakh

Bakıda idman zalına kütləvi basqın olub, yaralananlar var

22 Mar, 2017
22:30
18170

Bakıda idman zalına kütləvi basqın olub, yaralananlar var

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda idman zalına kütləvi basqın olub, yaralananlar var. 

Oxu.Az APA-ya istinadən xəbər verir ki, hadisə paytaxtın Binəqədi rayonu ərazisində yerləşən idman zalında baş verib. Dəyənək, balta, “beşbarmaq” və s. soyuq silahlarla silahlanmış bir qrup şəxs məşq zamanı zala hücum edib, məşq keçən idmançılara xəsarət yetirib.

İlkin məlumata görə, insidentə məşqçilər - MMA üzrə dünya çempionu Əli Nəcəfi və Ziyadxan Sədiyev arasında mübahisə səbəb olub. Hadisə nəticəsində Əli Nəcəfi də daxil olmaqla 5 nəfər xəsarət alıb. 

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırmalara başlanılıb. Ziyadxan Sədiyev və onunla basqında iştirak etmiş daha bir neçə nəfər saxlanılıb.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri