23 
Mar
2017
14:08
18
254
5568
Virtual karabakh

Bayram günlərinin acı – STATİSTİKASI

23 Mar, 2017
14:08
5568

Bayram günlərinin acı – STATİSTİKASI

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanda Novruz Bayramı günlərində qeydə alınan cinayətlərin sayı açıqlanıb.

Daxili İşlər Nazirliyindən Oxu.az-a verilən məlumata görə, mart ayının 20-də respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 76, martın 21-i 55, martın 22-i isə 61 cinayət faktı qeydə alınıb. Qeydə alınan 192 faktın 58-i “isti izlər”lə açılıb.

Mart ayının 20-də Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 6, ayın 21-i 10, martın 22-i isə 15 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.

Məlumatda həmçinin qeyd olunub ki, ötən üç gün ərzində respublikanın avtomobil yollarında 14 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 6 nəfər ölüb, 30 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən üç gün ərzində narkotiklərlə əlaqəli 8, qanunsuz saxlanılan silah-sursatla bağlı 5 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 77 nəfər tutulub.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri