24 
Mar
2017
12:44
59
205
2711
Virtual karabakh

Aleksandr Lapşin anası ilə görüşüb

24 Mar, 2017
12:44
2711

Aleksandr Lapşin anası ilə görüşüb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Blogger Aleksandr Lapşinin anası ilə görüşü təmin edilib.

Oxu.Az xəbər verir ki, bu barədə APA-ya vəkil Eduard Çernin deyib.

Onun sözlərinə görə, bir neçə gün əvvəl oğlu ilə görüşmək üçün Azərbaycana gələn Bella Lapşina ötən gün 1 saylı Bakı İstintaq Təcridxanasında A.Lapşinlə görüşüb.

Vəkilin bildirdiyinə görə, A.Lapşin saxlanmadan şikayət etməyib.

Xatırladaq ki, Azərbaycan Baş Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində istintaqı aparılan cinayət işi üzrə ayrı-ayrı dövlətlərin vətəndaşlığını daşıyan A.Lapşin Azərbaycanın dövlət sərhədini qanunsuz olaraq keçmə, ərazi bütövlüyünü parçalamağa yönələn açıq çağırışlar etmə əməllərinə görə təqsirləndirilən şəxs qismində cəlb edilib beynəlxalq və dövlətlərarası axtarışa verilməsi ilə əlaqədar 2016-cı il dekabrın 15-də Belarus Respublikasının hüquq-mühafizə orqanları tərəfindən Minskdə saxlanılaraq, 2017-ci il fevralın 7-də Azərbaycan Respublikasına ekstradisiya edilib.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri