24 
Mar
2017
22:15
78
207
4610
Virtual karabakh

Neftçala sakini külli miqdarda narkotik maddə ilə saxlanılıb – FOTO

24 Mar, 2017
22:15
4610

Neftçala sakini külli miqdarda narkotik maddə ilə saxlanılıb – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Neftçala rayonunda yerli sakinin evindən küllü miqdarda narkotik maddə aşkar olunub.

Oxu.Az Report-a istinadən xəbər verir ki, Neftçala rayon Polis şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında aparılan əməliyyat-axtarış tədbirləri sayəsində küllü miqdarda narkotik maddə aşkar olunub. 

Əməliyyat nəticəsində rayonun 1-ci Qaralı kənd sakini, əvvəllər məhkum olunmuş 42 yaşlı Nizami Hacı oğlu Dadanov şübhəli şəxs qismində saxlanılıb. Onun yaşadığı fərdi yaşayış evinə baxış keçirilən zaman birinci mərtəbədə şkaflarda gizlədilmiş müxtəlif sellofan bağlamalarda, bankalarda və kibrit qutularında təxminən 2,5 kiloqram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülüb. Bununla yanaşı evdə qanunsuz saxlanılan 12 və 16 kalibrli ov tüfəngi də aşkarlanıb.

Şahidlərinin iştirakı ilə narkotik maddələr və ov tüfəngləri maddi sübut kimi götürülərək şöbəyə aparılıb.

Faktla bağlı Neftçala rayon Polis şöbəsinin təhqiqat qurupunda araşdırma aparılır.

S.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri