25 
Mar
2017
09:40
18
257
18580
Virtual karabakh

Abşeronda dəhşətli qətl

25 Mar, 2017
09:40
18580

Abşeronda dəhşətli qətl

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Abşeron rayonunda kişi həyat yoldaşını və onun bacısı qızını qətlə yetirib.

Oxu.Az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Xırdalan şəhərində baş verib.

Belə ki, Heydər Əliyev küçəsində yerləşən evlərdən birində Abşeron sakini (hələlik adı açıqlanmır) 1964-cü il təvəllüdlü həyat yoldaşı Hüseynova Faraiz Zakir qızının başına küt alətlə vurmaqla onu qətlə yetirib. 

Həmin şəxs daha sonra F.Hüseynovanın bacısı qızı, 1999-cu il təvəllüdlü Anur-Təbrizi Rahilə Əsgər qızının başına küt alətlə vurmaqla onu da öldürüb.

Faktla bağlı cinayət işi başlanılıb. Qətli törədən şəxs Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

R.Anur-Təbrizinin valideynləri vəfat etdiyindən o, xalası F.Hüseynovanın himayəsində yaşayırmış. Qız hadisədən iki gün əvvəl nişanlanıb.

U.A.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri