27 
Mar
2017
14:12
26
365
22748
Virtual karabakh

Bakıda gecə klubunun əməkdaşı müştərini döyərək öldürüb – FOTO + YENİLƏNİB

27 Mar, 2017
14:12
22748

Bakıda gecə klubunun əməkdaşı müştərini döyərək öldürüb – FOTO + YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Müştərinin döyülməsi hadisəsi Nəsimi rayonu, Bülbül prospekti 39 F ünvanında yerləşən “DoReMi” gecə klubunda qeydə alınıb.

Oxu.Az Report-a istinadən xəbər verir ki, hazırda gecə klubu fəaliyyətini dayandırıb. 

Belə ki, klub hadisə ilə bağlı 1 həftə sifariş qəbul etməyəcək.

12:07

Bakıda gecə klubunda qətl törədilib.

Oxu.Az-ın Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, martın 25-də Xırdalan şəhərinin “Quşçuluq” yaşayış sahəsində yaşayan Rahil Məlikovun evində həmyerlisi, dostu Telman Məmmədovun üzərində zorakılıq əlamətləri olan meyiti tapılıb.

Araşdırmalar zamanı T.Məmmədovun paytaxtın Nəsimi rayonu ərazisində yerləşən klublardan birində oranın inzibatçısı - Bakı şəhər sakini Fərhad Musayevlə aralarında baş verən münaqişə zəminində sonuncu tərəfindən yumruqla vurulduğu və yıxılması nəticəsində başından xəsarət alması, sonra dostu ilə birgə onun evinə gələrək orada öldüyü müəyyən edilib.

Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində F.Musayev tutulub.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri