27 
Mar
2017
12:51
14
148
16489
Virtual karabakh

DİN Bakıda şirkət rəhbərinin öldürülməsi ilə bağlı açıqlama yayıb – FOTO

27 Mar, 2017
12:51
16489

DİN Bakıda şirkət rəhbərinin öldürülməsi ilə bağlı açıqlama yayıb – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda ağır yol qəzası baş verib. 

Oxu.Az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, martın 26-da saat 2 radələrində Yasamal rayonu Moskva prospektində Bakı şəhər sakini Nadir Fərəcov idarə etdiyi “Cherry” markalı avtomobillə yolu keçən paytaxt sakini Razi Vəliyevi vurub və nəticədə piyada hadisə yerində ölüb.

Yasamal RPİ tərəfindən araşdırma aparılır.

Lent.az-ın məlumatında görə, R.Vəliyev 1982-ci il təvəllüdlü olub. O, təhsil sahəsində fəaliyyət göstərən şirkətin rəhbəri olub. O, “Akademi Group” şirkətinin rəhbəri imiş və dünən İstanbuldan təyyarə ilə Tbilisiyə, oradan isə avtobusla Bakıya gəlib.

 

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri