27 
Mar
2017
19:09
188
75
8762
Virtual karabakh

Sərxoş halda polis avtomobilini zədələyən şəxs tutulub – FOTO

27 Mar, 2017
19:09
8762

Sərxoş halda polis avtomobilini zədələyən şəxs tutulub – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Yanvarın 17-də Göygöl Rayon Polis Şöbəsinin “Fiat Doblo” markalı xidməti avtomobilini zədələyən Şəmkir sakini, 49 yaşlı Talıb Bayramov saxlanılıb.

Oxu.Az-ın APA-ya istinadən verdiyi məlumata görə, o, toy məclisində olan zaman bacısı Məhsəti İbrahimovanın avtomobillə vurulması xəbərini eşidib və sərxoş halda məclisi tərk edərək polis avtomobilinə hücum çəkib. 

Bir müddət yaşadığı Şəmkirin Qılıncbəyli kəndindən ayrı düşən T.Bayramov müxtəlif ünvanlarda qalıb. Göygöl Rayon Polis şöbəsinin əməkdaşları onu Abşeron rayonu Masazır qəsəbəsində saxlamağa müvəffəq olub.

Faktla bağlı Cinayət Məcəlləsinin xuliqanlıq maddəsi ilə iş başlanılıb, istintaq aparılır.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri