28 
Mar
2017
13:58
53
103
1946
Virtual karabakh

Gömrükçülər dərman vasitələrinin qanunsuz dövriyyəsinin qarşısını alıb

28 Mar, 2017
13:58
1946

Gömrükçülər dərman vasitələrinin qanunsuz dövriyyəsinin qarşısını alıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən xeyli miqdarda dərman vasitəsinin qanunsuz dövriyyəsilə əlaqədar fakt qeydə alınıb.

Oxu.Az xəbər verir ki, bu barədə DGK mətbuat xidməti məlumat yayıb.

İdarənin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında, Heydər Əliyev Beynəlxalq Hava Limanında Naxçıvan-Bakı aviareysilə gələn sərnişinləri qarşılayan Azərbaycan Respublikasının vətəndaşı saxlanılıb.

Həmin şəxsin ayrı-ayrı sərnişinlərdən təhvil aldığı üç ədəd çantanın içərisindəki malların yoxlanılması zamanı, oradan “Devit-3 İ.M/Oral AMPUL”, “Transamine %5 a/h İ.M./İ.V. Enjeksiyonluk Çözelti Traneksamik Asit 10 AMPUL”, “Transamine %10 a/h İ.M./İ.V. Enjeksiyonluk Çözelti Traneksamik Asit 10 AMPUL” və “Proluton Deport 500mg/2ml” adlı cəmi 422 ədəd dərman vasitəsi aşkar olunub.

Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin arayışına əsasən adı çəkilən dərman vasitələri dövlət reyestrində qeydiyyatdan keçməsi mütləq olan dərman vasitələrinin siyahısına daxildir, lakin onların heç biri dövlət qeydiyyatından keçməyib.

Xatırladaq ki, qanunla dövlət qeydiyyatı tələb olunan, lakin dövlət qeydiyyatından keçməyən dərman vasitələrinin satışı, satış məqsədilə saxlanması və ya idxalı, bu əməllər xeyli miqdarda törədildikdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 200-1-ci maddəsinə əsasən müvafiq məsuliyyətə səbəb olur.

Faktla bağlı araşdırma aparılır.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri