28 
Mar
2017
18:50
56
245
13425
Virtual karabakh

Bakıda transvestitlər yük maşınının sürücüsünü qarət etdilər

28 Mar, 2017
18:50
13425

Bakıda transvestitlər yük maşınının sürücüsünü qarət etdilər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda cinsi azlıqların nümayəndələri yük maşınının sürücüsünü soyublar.

Oxu.Az xəbər verir ki, bu barədə Sputnik Azərbaycana Qaradağ rayonu 38 nömrəli polis bölməsindən məlumat verilib.

Homoseksualların qurbanı 1991-ci il təvəllüdlü Ağsu rayon sakini Rahim Cəbrayılov olub. Hadisə barədə zərərçəkən özü polis bölməsinə müraciət edib. O bildirib ki, 27-dən 28-nə keçən gecə, o, Sahil qəsəbəsindən Bakı istiqamətində hərəkət edərkən hücuma məruz qalıb. Təxminən gecə saat 1-də Cəbrayılov santexnika malları daşıdığı “Ateko” markalı yük maşınını kömrük postundan 200 metr aralıda saxlayıb. Sürücü nəqliyyat vasitəsinin kabinəsindən çıxaraq təbii ehtiyacını yerinə yetirərkən qısa ətəkli və parikli bir neçə transvisit ona hücum çəkib. Onlardan 2-si Rahimin əllərini arxadan bağlayıb, digərləri isə onun ciblərini axtarıblar. Soyğunçular 1456 manatı mənimsəyərəqk aradan çıxıblar.

“Zərəçəkən bildirir ki, o cinayətkarlara müqavimət göstərib. Amma onlar qadın paltarında olsalar da kişi qüvvəsinə malik olublar. Ona görə də onlara müqavimət göstərmək çətin olub”- deyə polis bölməsindən bildiriblər. Polislərin sözlərinə görə, avtomobil yollunun həmin hissəsində transvestitlər fahişəliklə məşğul olublar. Onların şəxsiyyətləri hələ ki, məlum deyil.

A.M.

www.oxu.az

 

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri