29 
Mar
2017
10:22
21
283
10341
Virtual karabakh

Lənkəranda müəllim qətlə yetirilib – TƏFƏRRÜAT + YENİLƏNİB

29 Mar, 2017
10:22
10341

Lənkəranda müəllim qətlə yetirilib – TƏFƏRRÜAT + YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Lənkəran rayonunun Səpnəkəran kənd orta məktəbinin müəllimi Maygül Əliyevanı qətlə yetirən həyat yoldaşı Rüfət Aydın oğlu Əliyev tutulub.

Oxu.Az Report-a istinadən xəbər verir ki, həyat yoldaşı 48 yaşlı Maygül Daməd qızı Əliyevanı taxta parçası ilə baş nahiyəsindən zərbə ilə qətlə yetirib.

Yaxınlarının bildirdiyinə görə, hadisə baş verən zaman evdə heç kim olmayıb. Hadisə yerinə ilk gələn mərhumun oğlu olub. O, anasını ölmüş vəziyyətdə tapıb. Həmin vaxt atasının isə evdə olmadığını görüb. Atası ilə əlaqə yaratmağa çalışsa da, mümkün olmayıb.

Həmçinin bildirilib ki, ailədə tez-tez mübahisələr olub və R.Əliyev bir neçə dəfə arvadını döyüb.

R.Əliyevin atası A.ƏLiyev bildirib ki, oğlu Ruhi-Əsəb Dispanserində qeydiyyatdadır.

28.03.2017 (17:00)

Lənkəranda müəllimənin qətli ilə bağlı bəzi detallar açıqlanıb.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, 1968-ci il təvəllüdlü Əliyev Rüfət Akif oğlu həyat yoldaşı Əliyeva Maygül Daməd qızını bellə vurub öldürdükdən sonra hadisə yerindən qaçıb.

Hazırda onun tapılaraq istintaqa təhvil verilməsi istiqamətində tədbirlər davam etdirilir.

16:40

Lənkəranda qətl hadisəsi törədilib.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Səpnəkəran kəndində qeydə alınıb.

Kənd sakini, orta məktəbdə müəllimə işləyən, 1969-cu il təvəllüdlü Əliyeva Maygül Daməd qızının əri tərəfindən öldürüldüyü bildirilir. Onun meyiti müayinə olunmaq üçün morqa aparılıb.

Faktla bağlı rayon prokrorluğunda cinayət işi başlanıb, araşdırma gedir.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri